Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Müstəqillik yolunun başlanğıcı

0

  •        Adını bütün dünyanın hər zaman hörmət və ehtiramla andığı dahi lider, əfsanəvi şəxsiyyət Heydər Əliyev fəthini qazandığı liderlik zirvəsinə gedən yolda daima zamanın ağır və çətin sınaqları ilə üzbəüz qalmışdı. Heydər Əliyevin xalqı uğrunda göstərdiyi bütün fədakarlıqlar isə onun şəxsiyyətinin aliliyindən, dahiliyinin özünəməxsusluğundan xəbər verirdi. 1990-ci ilin iyulunda SSRİ hakimiyyətinin Azərbaycana qarşı göstərdiyi ədalətsizliklərə qarşı etiraz əlaməti olaraq tutduğu mövqedən istefa edərək Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərkedən Heydər Əliyev Bakıya oradan isə Naxçıvana üz tutdu. Bu cəsarətli addım heç bir ağır sınağın müstəqilliyə gedən yolda ona mane ola bilməyəcəyinin göstəricisi idi. Ölkədə hökmsürən xaos, anarxiya, özbaşınalıq həmçinin Qarabağda baş verən proseslər, o cümlədənNaxçıvanın Azərbaycandan alınma təhlükəsi nəinki müstəqilliyin mümkünsüzlüyünü, hətta tarixi bir dövlətin yox olma təhlükəsini qabardırdı. 1990-cı ilin 22 iyulunda doğma Naxçıvanda HeydərƏliyev 80 min əhali tərəfindən böyük sevgi və coşqunluqla qarşılandı. Xalq Heydər Əliyevə son ümidlərini doğrultmağa gələn xilaskar kimi baxırdı. Xalqının xilaskarına olan ümidləri isə əbəsyerə deyildi, çünki bu ümidlər illərin sınağından üzü ağ çıxmışdı. Həmin ilin sentyabrında keçirilən seçkilərdə Heydər Əliyevin Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali məclisinə deputat seçilməsi ilə onun hakimiyyətinin Naxçıvan dövrü başlandı. Naxçıvan dövrü onun böyük siyasi hakimiyyətə qayıdışınının, həmçinin əldə ediləcək müstəqilliyə gedən yolun başlanğıcı idi.        Naxçıvan Muxtar Respublikası adından "Sovet Sosialist" sözlərinin çıxarılması, ilk dəfə üçrənglidövlət bayrağımızın Naxçıvanda dalğalanması müstəqillik yolunda atılan ən qətiyyətli addımlar idi. Heydər Əliyevin 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi isə onun artıq böyük siyasi hakimiyyətə qayıdışı idi. Düşmən maraqlarına xidmət edərək ölkə ərazisində sabitliyi pozan daxili qüvvələr, o cümlədən Azərbaycanın müstəqillik qazanmasini istəməyən xarici qüvvələr Heydər Əliyevin bu qayıdışını heç cür qəbullanmır, hətta ona hər fürsətdə mane olmağa çalışırdılar. Ancaq bütün Azərbaycan xalqının sevgisi Heydər Əliyevlə idi. Bu sevgi onun əzəmətinə, gücünə, zəkasına olan güvəndən yaranmışdır.        Müstəqil Azərbaycan ideologiyası altında xalq Heydər Əliyevin ətrafında sıx birləşmişdi və heç bir qüvvə bu birliyi dağıda bilməzdi. Artıq Naxçıvan bütün istiqamətlərdə Heydər Əliyevin başçılığı altında tərəqqi dövrünə qədəm qoyurdu. Heydər Əliyevin hakimiyyətinin Naxçıvan dövrünün ən uğurlu qərarı isə Dünya azərbaycanlılarının birlik və həmrəylik günün təsis edilməsi haqqında verdiyi fərmanı idi. Naxçıvan ərazisində geniş miqyaslı quruculuq işləri aparılır, onun sərhəd ölkələrlə olan qonşuluq münasibətləri nizama salınırdı. Ölkənin hər bir yerindən xalqınNaxçıvan Respublikası Ali məclisinə daxil etdikləri müraciət və təkliflərdə Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürülməsi xahiş olunurdu. 1993- cü ilin oktyabrın 3-də Azərbaycan xalqının 98 %-dən çox yekdilliklə səs verərək Heydər Əliyevi Azərbaycan Respublikasının prezidenti seçməsi ona olan sonsuz güvenin danılmaz sübutu idi. Heydər Əliyevöz qətiyyət və səyləri nəticəsində müstəqil və qüdrətli Azərbaycan dövlətin yaratmağı bacardı. Yolunda canını qoyduğu müstəqil Azərbaycan bu gün də onun siyasi xəttini rəhbəri tutaraq ən uğurlu inkişaf dövrünü yaşayır.Natəvan Quliyeva,Xocalı rayon Kosalar kənd tam orta məktəbinin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib48 dəfə
    Müstəqillik yolunun başlanğıcı

    Maraqlı gələ bilər
    0
    56